Şagirdin çəkdiyi video İcra Hakimiyyətini hərəkətə keçirdi - VİDEO

Qaradağ rayonu, Korgöz qəsəbəsində yağan yağışdan sonra yollar yararsız vəziyyətə düşüb.
Məktəbli tərəfindən lentə alınan görüntülərdə təhsil olcağının önündə palçıq çalalar yarandığı, yaxınlıqdakı evlərin həyətləri su ilə dolduğu öz əksini tapıb.
Məktəblilər də dərsə gedən saman ayaqlarının su, geyimlərinin palçıq olduğundan gileylənmişdi.
Sözügedən problemin həll olunub-olunmaması isə sual altında idi.
Mövzu ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə asfatlanma mərhələli şəkildə aparılacaq: “Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən Qaradağ rayonunun qəsəbələri üzrə asfaltlanmasına ehtiyac olan küçələrin adlı siyahsı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyə təqdim edilib. Həmin siyahıda Korgöz qəsəbəsinində asfaltlanmasına ehtiyac olan küçələrin adları, həmçinin məktəbə gedən yollarda qeyd edilib. AAYDA tərəfindən qəsəbələrdə təmirə ehtiyacı olan yolların asfaltlanması işlərinə mərhələli şəkildə başlanacaq”.
Bununla belə icra qurumu asfaltlama işlərinin nə zaman ediləcəyi ilə bağlı tarix açıqlamayıb. (olke.az)
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












