Sahil Babayevdən vergi güzəştləri ilə bağlı - Açıqlama

“Əməkhaqqı gəlirləri ilə bağlı tənzimləməmizi təqdim edirik. Bilirsiniz ki, 2026-ci ildə tətbiq olunan güzəştin müddəti bitir”.
Avtosfer.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Hökumət tərəfindən müvafiq addımlar atılmasaydı, artıq 14 və 25%-lik rəqəmlər qüvvəyə minəcəkdi. Lakin hökumətin variantı olaraq, çox ciddi güzəşt yenidən irəli sürüldü. Növbəti il üçün əməkhaqqı alan şəxslərin böyük hissəsini əhatə edən 2500 manata qədər olan gəlirə cəmi 3% gəlir vergisi tətbiq olunacaq. Dünyada çox az ölkədə bu qədər aşağırəqəmli gəlir vergisi mövcuddur.
Gəlir vergisi 2026-cı ildə 3%, 2027-ci ildə 5%, 2028-ci ildə isə 7% olacaq. Gəlir vergisi 7%-lik rəqəmlə fikslənəcək. Beləliklə, Azərbaycanda daimi gəlir vergisi 2500 manata qədər 7%, 8000 manata qədər 10%, 8000 matadan yuxarı isə 14% olaraq müəyyən olunacaq. Amma 2026-cı il üçün bu rəqəm 3%-dir”, - nazir bildirib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












