Sakinlər yolçəkənlərə görə evlərinə gedə bilmir – 60 manat, 3 bal - FOTO

Bakıda «Azəryolservis» ASC-nin çəkdiyi yol sakinləri sevindirsə də, yolun üzərinə çəkilən düz xətti əməlli-başlı narahatlıq yaradıb. Bu barədə Avtosfer.az-a müraciət edən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsi 3 və 5 ünvanlarının sakinləri bildirdilər ki, yaşadıqları həyətə avtomobillə girib-çıxmaq mümkün deyil. Səbəb isə odur ki, yol qırıq-qırıq yox, bütöv xətlə xətlənib. «Azəryolservis»ə iki dəfə müraciət etməyimizə baxmayaraq heç bir tədbir görülməyib.
Bizim yaşadiğimiz ərazidə küçeni asfaltladılar. Çox sevindik. Sonra da yolu xətləməyə başladılar. Bizim həyətə çatanda xətti bütöv çəkdilər. Bu vəziyyətdə həyətə giriş-çıxış etmək olmur. Çünki qayda pozuntusudur. Yol polisi cərimə yaza bilər. Həyətə girmək üçün də başqa yol yoxdur».
Bunu nəzərə alan sakinlər məsələ ilə bağlı «Azəryolservis» müraciət ediblər. Müraciətə verilən cavabda isə qeyd olunub ki, bu məsələ ilə bağlı artıq tədbir görülüb. Lakin sakinlər bildirir ki, yazılan cavabdakı sözlərin hamısı yalandır. Çünki heç bir tədbir görülməyib və düz xətt yerində qalır.
Sakinlərin növbəti cavabına isə «Azəryolservis»dən «qəzəbli cavab» gəlib. Qeyd olunub ki, artıq sizə cavab verilib, vəssalam.
Maraqlıdır, cavab verməklə lazım olan nəticə düz gəlmirsə, «Azəryolservis» niyə belə aqressivlik edir?
Avtosfer.az bildirir ki, həmin küçəyə çəkilən düz xətt 1.1 nişanlama xəttidir. O xətti kəsib sola dönən sürücünü İnzibati Xətalar Məcəlləsinin 152.2-ci maddəsi ilə 60 manat və 3 bal cərimə gözləyir. Həmin xətt Nazirlər Kabineti yanında Yol hərəkəti təhlükəsizliyi komissiyasının qərarı ilə tətbi edilməlidir. Təbii ki, bu zaman hərəkətin optimal təşkili nəzərə alınmalıdır. İndiki halda isə sakinlər «Azəryolservis»dən incimədən Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidirlər.
Elmin
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək


















