Banner

Sakinlərə hər gün cərimə yazılır; «Azəravtoyol» «pul yoxdur» deyir - VİDEO

Xəbərlər 5 Sentyabr 2016 12:56 Oxunub 5595
Sakinlərə hər gün cərimə yazılır; «Azəravtoyol» «pul yoxdur» deyir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərazidə əyri xətli tirlər olmadığı üçün yol polisi yerli sakinlərə hər gün 100 manat cərimə yazır

Qobustan qəsəbəsinin sakinləri öz evlərinə gedib-gəlməyə çətinlik çəkirlər. Amma məsələ burasındadır ki, burada yol problemi yoxdur. Yol var, lakin yolda hərəkət düzgün təşkil olunmadığı üçün avtomobili olan qəsəbə sakinləri hər gün yol polisi tərəfindən cərimə olunurlar. Bununla bağlı Avtosfer.az-a müraciət edən sakinlər bildirir ki, Bakı-Qazax yolunun 52-ci kilometrinin üzü Bakı istiqamətinə gedən hissəsində, Qobustan qəsəbəsinin daxili (köməkçi) yolunu əsas yolla ayırmaq üçün daş hasar çəkiblər. Hasar olan yerdə nəqliyyat vasitələri rahat şəkildə ikitərəfli hərəkət edir. Hasar qurtaran yerdən sonra dövlət idarələri var. Həmin idarədən çıxan avtomobillər köməkçi yolla qəsəbənin içinə doğru gəldikdə yol polisi əmədaşları onları saxlayaraq 100 manat, 4 bal cərimə yazıb bildirirlər ki, burada əyri xətli dəmir tirlər olmadığı üçün yolun bu hissəsi birtərəflidir, amma hasar başlayan yer ikitərəflidir.

Lakin məsələ burasındadır ki, həmin nöqtədə birtərəfli və ikitərəfli hərəkəti bildirən heç bir nişan yoxdur: «İdarənin işçiləri Qobustan qəsəbəsinin sakinləridir. Onlar idarədən çıxıb hansı yolla evlərinə qayıtmalıdır? Qəsəbədə geriyə dönmə yeri olmadığına görə ya gedib Səngəçal qəsəbəsindən dönüb qayıtmalıdırlar, ya da ki, qeyd etdiyimiz köməkçi yolla qayıtmalıdırlar. Bu problemlə bağlı 15-20 işçi toplaşaraq Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifova müraciət etdik, Onlar bu problemi araşdırıb tədbir görülməsi üçün müraciətimizi «Azəravtoyol» ASC-yə göndərdilər. Bir ildən sonra isə «Azəravtoyol»un sədri Saleh Məmmədov və Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, YPXA-nın komandiri Balakişi Əhmədov əraziyə baxış keçirərək əyri xətli tirlərin qoyulmasının vacibliyini bildirdilər. Lakin o zamandan bəri bu problem öz həllini tapmayıb. «Azəravtoyol»un İnfrastruktur şöbəsindən bildirdilər ki, əyri xətli tirlərin qoyulması üçün vəsaitimiz yoxdur. İndi biz vətəndaşlar adından «Azəravtoyol»a müraciət edirik: "Azəravtoyolun büdcəsində maddi vəsait yoxdursa, biz vətəndaşlar 200-300 manat maaşla hər dəfə bizə 100 manat cərimə yazılanda hansı büdcəmizdən ödəyək o pulu?  Və yaxud, ən yaxşı halda hər gün 2 dəfə Səngəçaldan dönüb evimizə qayıtsaq, hansı vəsaitimizdən verək yanacaq pulunu? Problemin tez bir zamanda həll olunması üçün  «Azəravtoyol» ASC-nin sədri Saleh Məmmədovdan və büdcədən pul ayrılması üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevdən vətəndaşlar adından xahiş edirik».

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh