Sakinlərin evə dönmək problemi həll olundu – FOTO

Dünən xəbər vermişdik ki, Bakıda «Azəryolservis» ASC-nin çəkdiyi yol sakinləri sevindirsə də, yolun üzərinə çəkilən düz xətt narahatlıq yaradıb. Bu barədə Avtosfer.az-a müraciət edən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsi 3 və 5 ünvanlarının sakinləri bildiriblər ki, yaşadıqları həyətə avtomobillə girib-çıxmaq mümkün deyil. Səbəb isə odur ki, yol qırıq-qırıq yox, bütöv xətlə xətlənib. «Azəryolservis»ə iki dəfə müraciət etmələrinə baxmayaraq heç bir tədbir görülməyib.
Bu gün isə «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Avtosfer.az-a bildirdi ki, sakinlərin müraciəti ilə bağlı materiala tanış olduqdan sonra dərhal həmin əraziyə baxış keçirilib və məlum olub ki, həqiqətən də məsələ şəll olunmamış qalır: «Çünki həmin vaxt başqa bir ərazidə problem olub, işçilər ora cəlb olunub. Lakin Biləcəri qəsəbəsində həmin ünvandakı problem də həllini tapdı. Artıq həmin ərazidə qırıq-qırıq xətt mövcuddur və sakinlər də evlərinə rahat gedə bilərlər».
Elmin
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək














