Salyan şosesində aparılan təmir işləri yekunlaşıb - FOTO - VİDEO

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə ölkə başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakı və şəhər ətrafı yollarda təmir işlərinin icrası davam etdirilir. Bu çərçivədə Salyan şosesində aparılan təmir işləri yekunlaşıb.
Təmir işləri sözügedən şosenin Bibiheybət şosesindən Lökbatan dairəsinədək olan 5.33 km uzunluğa malik, ortalama eni 28 metr təşkil edən hissəsində icra olunub. Şose boyunca müəyyən hissələrdə asfalt-beton örtükdə çat və qabarmalar müşahidə olunurdu. Bu isə rahat gediş-gəlişə maneə yaradırdı. İcra olunan təmir işləri ilə bu problem aradan qaldırılıb.
Aparılan işlər çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, kənarlarına yeni səki daşı düzülüb, həm yolun hərəkət hissəsinə, həm də piyada səkilərinin üzərinə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə 150 min kv.metrdən çox əraziyə yeni asfalt-beton örtüyü döşənib.
Asfaltlanma işlərinin ardınca ərazidə “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və aidiyyəti qurum tərəfindən avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunub.
Hazırda sözügedən şose müasir görkəmdə vətəndaşların istifadəsindədir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident






















