Salyanda məktəblilərlə maarifləndirici görüşlər keçirilib - FOTO

Salyan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qaraçala və Qızılağac kənd tam orta məktəblərində “Narkomaniyaya yox deyək”, “Erkən və Qohumlar arasında nikahların mənfi nəticələri” mövzularında maarifləndirici görüşlər keçirilib.
Avtosfer.az-ın məlumatına görə, tədbirlərdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərov məktəblilərə narkotik vasitələrin zərərlərindən danışıb. Şöbə rəisi bildirib ki, “ağ ölümün” qurbanına çevrilənlərin sağlam həyata qayıtması çox çətindir. Bu cür halların qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən zəruri bütün tədbirlər görülür və gəncləri bu maddələrin qurbanına çevrilməsində əsas rolu oynayan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunurlar.
Digər mövzu ətrafında çıxış edən tədbir iştirakçıları məktəblilərə dəyərli tövsiyələr verərək onları maraqlandıran sualları cavablandırıblar.
Hər iki görüşün sonunda narkotiklərin fəsadlarından bəhs edən film nümayiş etdirilib.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
















