Şamaxıda evlərdən 20 min manatdan çox oğurluq edilib - FOTO

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində evlərdən oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən fərdi yaşayış evindən 3 000 ABŞ dolları və 1 600 manat pulun oğurlanması ilə bağlı daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Orxan Həsənov və Şamaxı şəhər sakini Ağakərim Mahmudov tutulub.
Araşdırma zamanı saxlanılan A.Mahmudovun daha bir cinayət əməlinin üstü açılıb.
Belə ki, onun vətəndaş Nurlan Heydərovla qabaqcadan əlbir olaraq daha bir mənzildən 12 000 manat pul və 5 400 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












