Şamaxıda karantin qaydalarını pozanlar cərimələnib - FOTO
Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində ictimai nəqliyyatda və qapalı məkanlarda növbəti nəzarət-yoxlama tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslər avtobusdan düşürülüb, koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər onlara izah olunub.Həmçinin, peyvənd olunmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan şəxslər barəsində intizam tənbeh tədbirləri görülüb.
Qapalı məkanlarda aparılan yoxlamalar nəticəsində isə mağazalara tibbi maskasız daxil olan alıcılar, bu kimi hallara göz yuman obyekt sahibləri və icarədarlar müəyyən edilib. Pandemiya dövrünün tələbləri onların diqqətinə çatdırılıb və barələrində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












