Şamaxıda yolun 6 km-i «yeyilib?» - FOTOLAR

12 mindən çox əhalisi olan Şamaxı rayon Dağ Göylər kəndi yolsuzluqdan əziyyət çəkirlər. Belə ki, bu kənddən Çöl Göylərə kəndinə gedən yola asfalt örtüyünün salınması nəzərdə tutulsa da, tikinti davam etdirilməyib. Bu sözləri Dağ Göylər kənd sakini Emrah Əhmədov bildirib. Onun sözlərinə görə, sakinlər “Azəravtoyol” ASC-nin onların kəndindən keçən yolun inşasını dayandırmasından şikayətçidirlər. “Burada 2015-ci ilin sentyabrın 3-dən yol tikintisinə başlanıb və xəritədə göstərilən kimi, yolun 6 km-lik hissəsini asfaltlamadan çıxıb gediblər. Sənədlərdə isə başqa kəndin şəkillərini göstərərək guya yolu bitirdiklərini bildiriblər və bununla da məsələni həll ediblər. Millət isə burada toz içində boğulur, yağış yağanda palçıq olur, maşınlar çox pis hala düşür. Hec olmazsa, göstərilən 1 km-lik hissəni bərpa edərdilər”.
Məsələ ilə bağlı “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Bizim Yol”-a bildirib ki, yolun inşası hələ başa çatmayıb: “Bu yol daxili investisiya hesabına maliyyələşən layihədir. Orada müəyyən işlər görülüb. Hazırda 5-6 km-lik yol qalıb, həmin hissədə yol tikintisi işləri davam etdilir”.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ














