“Samur” postunda sıxlıq yaranıb - Açıqlama

Azərbaycan-Rusiya sərhədində yerləşən "Samur" gömrük postunda Rusiya Federasiyasına gedən yük avtomobillərinin sıxlığı yaranıb. Gömrük-keçid məntəqəsində 1000-ə yaxın avtomobil qarşı tərəfə keçmək üçün növbə gözləyir.
Bu sıxlığın nə səbəbdən yarandığını "Samur" gömrük postunun rəis müavini Elçin Orucov Real TV-yə danışıb.
O qeyd edib ki, "Samur" gömrük postunda müşahidə olanan sıxlığın əsas səbəbi mövsümlə əlaqədar olaraq daşınan yüklərin eyni zamanda tranzit gömrük prosedurlarına uyğun olaraq aparılan yüklərin sayının artmasıdır:
"Bu sıxlığın aradan qaldırılması üçün müvafiq addımlar atılır. Eyni zamanda, qarşı tərəfin gömrük orqanları ilə danışıqlar aparılır. Qısa vaxt ərzində sıxlığın aradan qaldırılması tərəfimizdən təmin ediləcək.
Gün ərzində 250-280 arası yüklü nəqliyyat vasitələri buraxılışı təmin edilir. Qarşı tərəfin texniki imkanlarının zəif olması sıxlığı yaradan səbəblərdən biridir. Rusiya və Gürcüstan arasındakı gömrük keçid məntəqəsinin bağlandığından oradan daşınan bütün tranzit yükləri bizim dəhlizdən istifadə edir. Bu da öz növbəsində sıxlığın yaranmasına gətirib çıxardan səbəblərdəndir".
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












