Saray körpüsündə təhlükəli vəziyyət - VİDEO

Bir müddətdir Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpü qəzalı vəziyyətdədir.
Avtosfer.az xəbər verir ki, körpüdən istifadə edən sürücülər Sumqayıtdan Bakı istiqamətində 2 əsas yoldan birinin üzərində yerləşən körpüdə təhlükəli vəziyyətin yarandığını bildirirlər.
Sosial şəbəkələrdə yayılmış son görüntülərdə isə körpünün üzərində və ətrafında çoxsaylı yük maşınlarının dayanması, bunun yol ötürücüsü üçün əlavə təhlükə yaratdığı da qeyd edilib.
Bildirilib ki, ərazidəki işıqforun fəaliyyəti dayandırılıb. Bunun əsas məqsədi körpü üzərində maşınların çox qalmamasıdır. Körpünün üzərində qazıntı işlərinin aparılması və ərazidəki daş karxanalarından çıxan ağırtonnajlı maşınlar da əlavə narahatlıq yaradır.
Mövzu ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumdan bildirildi ki, Saray qəsəbəsindəki həmin körpü onların balansında deyil.
Məlum olub ki, bu yol ötürücüsü Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindədir. İcra Hakimiyyətindən isə bildirilib ki, körpünün vəziyyəti ilə bağlı tədbirlər həyata keçiriləcək.
(qafqazinfo)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












