Saray körpüsündəki təhlükəli vəziyyətə "Azəriqaz" səbəb olub? - VİDEO

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpü qəzalı vəziyyətdədir.
Körpüdən istifadə edən sürücülər Sumqayıtdan Bakı istiqamətində 2 əsas yoldan birinin üzərində yerləşən körpüdə təhlükəli vəziyyətin yarandığını bildirirdilər. Vətəndaşlar bu problemi "Azəriqaz" İstehsalat Birliyinin (İB) əməkdaşlarının yaratdığını iddia ediblər.
Məsələ ilə bağlı "Azəriqaz" İB-nin mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, hazırda sözügedən ərazidə Abşeron-Saray qaz xəttinin Sumqayıtla əlaqələndirilməsi işləri aparılır:
"Bu da payız-qış aylarında həmin ərazidə yaşayan abonentlərin daha davamlı, təhlükəsiz və fasiləsiz qazla təmin olunmasına xidmət edəcək. Bununla bağlı əməkdaşlarımız çox ciddi işlərə başlayıblar. Körpünün dağıdılması ilə bağlı şikayətlər isə əsassızdır, qətiyyən belə bir hal yoxdur. Əməkdaşlarımız körpüyə yaxınlaşıb, amma üzərinə keçməyiblər".
Qurum sözçüsü qeyd edib ki, sakinləri əraziyə cəlb olunan ağır texnikalar narahat edə bilər:
"Ona görə də avtomobillərin keçməsi üçün bir xətt saxlanılmışdı, bu da tıxac yaradırdı. Bunu nəzərə alaraq, sentyabrın 9-dan "Azəriqaz" İB işlərin gecə növbəsində aparılmasına qərar verdi. Beləliklə, tıxacın da qarşısı alındı. Vətəndaşlardan xahiş edirik ki, təşvişə düşməsinlər, körpüyə heç bir zərər yetirilə bilməz".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












