Saxta lotereya kampaniyası ilə bağlı XƏBƏRDARLIQ

Kiberdələduzlar tərəfindən “www.pashalato. com” adı altında saxta veb-sayt yaradılıb. Dələduzlar veb-sayt vasitəsilə “PashaPay” MMC-nin adından istifadə edərək saxta lotoreya kampaniyası həyata keçirir.
Avtosfer.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Mərkəzi məlumat yayıb.
Bildirilib ki, vətəndaşlardan saxta kampaniyada iştirak etmək üçün veb-saytda müvafiq bölməyə daxil olduqdan sonra ad,soyad,fin kod və bank kartı kimi fərdi məlumatlarını daxil etmək tələb olunur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-saytlara etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi və hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.


Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












