Saxta yol polisləri sürücünü tora salıb maşını əlindən aldılar - VİDEO

Avtomobil aldı, sonradan özünün törətdiyi xətalara görə yığılan cərimələr ucbatından dələduzların qurbanı oldu. Bərdə rayon sakini Ramin Nəsibovun 2014-cü ildə aldığı avtomobil sonradan başqasına satılıb. Hər şey 1500 manata yaxın cərimənin yığılmasından sonra başlayıb. Özünü müvafiq olaraq polis və vəkil kimi təqdim edən Rəşad və Seymur adlı şəxslər Ramin Nəsibovla cərimələrlə bağlı söhbət etmək üçün əvvəlcə Bərdədə görüşüblər. Görüş zamanı ona deyilib ki, avtomobilin əsl sahibi etibarnaməni ləğv etdirib. Məsələni araşdırmaq üçün avtomobilin yiyəsi ilə Bakıda görüşəcəklərini vəd veriblər. Ramin Nəsibov paytaxta gələndə başqa mənzərə ilə qarşılaşıb.
Maşınını tapa bilməyən Ramin Nəsibov hüquq-mühafizə orqanlarına şikayət edib. Araşdırmalar zamanı məlum olub ki, avtomobil sonradan Sumqayıt şəhərində yaşayan bir hərbçiyə satılıb. İşin istintaqını aparan müstəntiq Simran Əsədullayev hazırda məsələnin araşdırıldığını deyib.
Dırnaqarası polis Rəşad telefonlara cavab verməsə də, özünü vəkil kimi təqdim edən Seymur danışa bilməyəcəyini bildirdi. Sonradan Seymur telefonlarımıza cavab vermədi. Ramin Nəsibov iddia edir ki, onu aldadanların, eləcə də avtomobilin satıldığı Sumqayıt sakininin şəxsiyyəti məlum olsa da, hələ də avtomobilini geri ala bilmir. Məsələnin təfərrüatları araşdırmalardan sonra məlum olacaq.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












