Səfər Mehdiyev Rusiya ilə sərhəddə yerləşən gömrük postuna getdi - VİDEO

Aprelin 11-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunda aparılan tikinti işləri ilə tanış olub.
Bu barədə Komitədən məlumat verilib.
Bildirilib ki, ərazidə həyata keçirilən tikinti-quraşdırma işləri ilə bağlı Komitə sədrinə ətraflı məlumat verilib. Dövlət Gömrük Komitəsinin sədri postda gömrük rejimi zonasında, idxal-ixrac nəzarət xətlərində, eləcə də postun inzibati binasında tikinti işlərinin gedişatı ilə maraqlanıb, müvafiq tapşırıqların icra vəziyyətini öyrənib, inşaat işlərini həyata keçirən mütəxəssislərlə söhbət edib, tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, “Xanoba” gömrük postundakı inşaat işləri Prezident İlham Əliyevin ötən ilin aprel ayında imzaladığı sərəncama əsasən aparılır. İnşaat işləri başa çatdıqdan sonra gömrük postunun buraxılış qabiliyyətinin artması ilə yanaşı, ən müasir avadanlıqlarla təchiz edilməsi də nəzərdə tutulur. Bundan başqa “Xanoba” gömrük postu Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yüklərin daha sürətli daşınmasına, sərhədkeçmə proseslərinin asanlaşdırılmasına, ölkəmizin tranzit imkanlarının genişlənməsinə, xüsusilə Azərbaycan-Rusiya sərhədində yaranan növbələrin tam aradan qaldırılmasına şərait yaradacaq.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












