Şəhid anası və qardaşı bu komitənin üzvü seçildilər

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının ilk plenar iclası keçirilib. İclasda komitələrin sədrləri, sədr müavinləri və üzvləri seçiliblər.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, şəhid qardaşı, deputat Üzeyir Məmmədov Ali Məclisin İqtisadi siyasət komitəsinin, şəhid anası, deputat Gülşad Rüstəmova isə Humanitar siyasət komitəsinin üzvü seçiliblər.
Həmçinin, G.Rüstəmova Naxçıvan Ali Məclisinin İntizam komissiyasının üzvü olub.
Qeyd edək ki, Ü.Məmmədov 2016-cı il iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan baş leytenant Toğrul Məmmədovun qardaşıdır. Şəhid zabitimiz ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
G.Rüstəmova şəhid leytenant Emin Sadiqovun anasıdır. Hərbçimiz 26 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












