Şəhid atası: "Polis protokolumu vermir ki cəriməmi ödəyim" - AÇIQLAMA

Gəncə şəhər sakini, "Nuray" şadlıq sarayını icarə əsasında işlədən şəhid atası Səlim Hümbətov, barəsində Goranboy RPŞ əməkdaşları tərəfindən qərəzli şəkildə protokol tərtib edildiyini iddia edir.
Şəhid atası polis əməkdaşlarının onu 4000 manat məbləğində cərimələdiyini bildirir:
"Həmin polis mənim şəhid atası statusumu tanımır. Mənə karantin qaydalarını pozduğuma görə 4000 manat cərimə yazıb. Cərimənin protokolunu istəyəndə isə cəriməni ya şöbədə, ya da onun dediyi vasitəyə ödəməli olduğumu deyir. Protokolu vermir ki, gedib cəriməmi ödəyim”.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Yeniavaz.com-a məsələ ilə bağlı açıqlama verilib:
"Cari ilin iyul ayında sözügedən şadlıq sarayında "icaze.e-gov.az” saytında müvafiq qeydiyyatdan keçilmədən toy şənliyinin təşkil edilməsi barədə polis şöbəsinə məlumat daxil olub. İcarədar S. Hümbətov barəsində protokol tərtib olunaraq 400 manat məbləğində cərimə olunub. Lakin S.Hümbətov şəhid atası olmasını qeyd edərək ona güzəştə gedilməsini bildirdiyinə görə tərtib olunan protokol ləğv edilib. Buna baxmayaraq S.Hümbətov cari ilin avqust ayında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən 150 nəfər qonaq sayından artıq qonaq qəbul edərək karantin qaydalarını təkrar pozub. Buna görə də S.Hümbətov inzibati məsuliyyətə cəlb olunub”.
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu












