Şəhid Elbrus İsaqovun qalıqları Biləsuvarda dəfn olundu - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra dəfn olunduğu yer və kimliyi müəyyən edilən şəhid Elbrus İsaq oğlu İsaqovun qalıqları dəfn edilib.
Avtosfer.az xəbər verir ki, şəhid Elbrus İsaq oğlu İsaqovun qalıqları Biləsuvar rayonundakı 1 saylı Cəbrayıl qəsəbəsində yaşayan ailəsinə təhvil verilib.
Şəhidlə qəsəbədə vida mərasimi keçirilib. Vida mərasimində şəhidin yaxınları, kənd sakinləri, rayonun rəhbər şəxsləri, şəhid ailələri, qazi və veteranlar iştirak ediblər.
Şəhidin qalıqları qəsəbədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Elbrus İsaq oğlu İsaqovun Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.
1966-cı il təvəllüdlü Elbrus İsaq oğlu İsaqov 1984-1986-cı illərdə Əfqanıstanda xidmətdə olub.
Könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. Döyüş yoluna xüsusi təyinatlı kimi Murovdağ silsiləsindən başlayıb. Ömər aşırımının müdafiəsində qəhrəmanlıq göstərib. 1994-cü il fevralın 11-dən sonra Elbrus İsaqov itkin düşmüş sayılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident

















