Şəkidə övladının ad günündə qayınanasını öldürən şəxsə hökm oxunub

Şəki Ağır Cinayətlər Məhkəməsində Şəkidə qayınanasını qətlə yetirməkdə təqsirləndirilən Rahim Cəlilov cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkuma apellyasiya şikayəti verib.
Qeyd edək ki, 2020-ci ilin yanvar ayının 12-si saat 20 radələrində Şəki rayon sakini Əhmədova Ruqiyə Şükür qızının qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Şəki Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İstintaqla qeyd edilən tarixdə Cəlilov Rahim Tahir oğlunun sərxoş vəziyyətdə Şəki şəhəri, Bağbanlar küçəsi ünvanında yerləşən evinə gəldikdən sonra qayınanası R.Əhmədova ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun qızı və azyaşlı nəvələrinin gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək R.Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
R.Cəlilov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, hadisə günü R.Cəlilovun övladının doğum günü imiş. O, məhkəmədə ifadə verərkən bildiirb ki, evə gələndə sərxoş olub./report
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












