Şəkidə yeniyetməni cinayətkar fəaliyyətə cəlb edən şəxs həbs olunub - VİDEO

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən elektrik kabelləri oğurlayan və yeniyetməni müxtəlif vədlərlə cinayətkar fəaliyyətə cəlb edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayon sakinləri onlara məxsus yeni tikilməkdə olan evlərdən ümumi dəyəri 3 000 manata yaxın olan elektrik kabellərinin oğurlanması barədə polisə müraciət ediblər.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməllərini törətməkdə şübhəli bilinən Şəki şəhər sakini İlham Məhərrəmov və bir nəfər yeniyetmə saxlanılıb.
İlkin araşdırma zamanı məlum olub ki, İlham Məhərrəmov dostunun oğlu olan həmin yetkinlik yaşına çatmayan şəxsə müxtəlif vədlər verərək onu da özünə “ortaq” edib. Saxlanılan şəxslər ifadələrində oğurladıqları kabelləri metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər. Onların cinayətdə istifadə etdikləri alətlərin bir qismi polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 170-ci (Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə) və 177-ci ( oğurluq) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.Məhkəmənin də qərarı ilə İlham Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, may ayının əvvəllərində də İlham Məhərrəmov analoji oğurluq hadisəsinə görə saxlanılıb və ilk dəfə cinayət törətməsi, eləcə də əməlini səmimi etiraf etməsi nəzərə alınaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Lakin o, bundan nəticə çıxarmayaraq barəsində seçilmiş qətimkan tədbirini kobudcasına pozub və eyni məzmunlu yeni cinayət törədib.
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO











