Səməd Səmədov qaydaları pozur, yol polisi də ona hörmət edir

YAP-çı millət vəkili Aydın Mirzəzadə özünün də qonaq olduğu ATV telekanalında yayımlanan “ Mətanətlə gündəlik” verilişində xalq artisti Səməd Səmədovun yol hərəkəti qaydalarını pozmasına dair onun ünvanına etdiyi müraciətə cavab verib.
A.Mirzəzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, o verilişdə yol hərəkəti qaydalarına riayət etməyin vacibliyindən danışıb: “Mən bu gün saytlarda gördüm ki, həmin verilişdə Səməd Səmədovun mənə müraciət etməsi barədə yazılıb. Amma mənim onun müraciətinə verdiyim cavabla bağlı heç bir məlumat yazılmayıb. Verilişdə iştirak edən müğənni Səməd Səmədov da bir neçə dəfə qaydalara riayət etməyin əhəmiyyətindən danışdı. Bir dəfə isə bildirdi ki, qaydaları pozur və yol polisi də buna görə ona hörmət edir. Mən isə ona müraciətlə bildirdim ki, qayda-qanunlar ona riayət edilməsi üçün qəbul edilir. Sizlər və bizlər qanuna riayət etməkdə nümunə olmalıyıq. Sonradan aparıcı Mətənat xanım da yol polislərinə müraciət edərək Səməd Səmədovu qayda pozmağa imkan verməməyə çağırıb”.
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












