Sentyabrın 8-i və 9-u ilə bağlı XƏBƏRDARLIQ

Günəşdə son günlər ərzində müşahidə olunan yüksək aktivlik Yer kürəsində maqnit qasırğalarına səbəb ola bilər.
Alimlərin hesablamalarına görə, Günəşdən ayrılan bir neçə plazma bulutu yaxın iki gün ərzində Yerə çatacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb. Bildirilib ki, son günlər Günəşdə çoxsaylı plazma atılmaları qeydə alınır.
Partlayışların böyük hissəsi Yer kürəsindən yan keçsə də, hesablamalara əsasən, iki və ya üç plazma buludunun sentyabrın 8-i və 9-da planetimizə təsir edəcəyi gözlənilir. Alimlərin məlumatına görə, Günəşin aktivliyi bir neçə gündür artır və demək olar ki, bütün partlayışlar böyük plazma buludlarının atılması ilə müşayiət olunur. Maqnit sahəsində ən güclü dəyişikliklərin çərşənbə axşamından çərşənbəyə keçən gecə müşahidə ediləcəyi proqnozlaşdırılır. Həmin vaxt Günəş küləyinin sürətinin saatda təxminən 700 kilometrə çatacağı gözlənilir.
İlk dəyişikliklərin isə artıq sentyabrın 7-si axşam saatlarında qeydə alınacağı bildirilib. Mütəxəssislər yaxın günlərdə uzunmüddətli və təkrarlanan geomaqnit pozuntularının baş verəcəyini, bəzi dövrlərdə isə 1-ci və 2-ci səviyyəli – zəif və orta güclü maqnit qasırğalarının müşahidə olunacağını qeyd ediblər./sfera.az
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq












