Sərhəddə gücləndirilmiş nəzarət tətbiq olundu

Bu gündən Estoniya Rusiya ilə sərhəddə gücləndirilmiş gömrük nəzarəti rejiminin tətbiqinə başlayıb. APA-nın “ERR” portalına istinadən xəbərinə görə, bu barədə ölkənin maliyyə naziri Yurgen Liqa məlumat verib.
O bildirib ki, əsas məqsəd sərhəddən Rusiya ərazisinə hərbi təyinatlı məhsulların qanunsuz keçidinə mane olmaqdan ibarətdir. Nazirin sözlərinə görə, yeni rejimin işə düşməsi ilə Rusiya ərazisinə keçmək istəyən sərnişinlərin yükləri təftiş olunacaq, özlərindən isə səfərin məqsədi barədə müvafiq qaydada izahat tələb ediləcək.
Nazirin sözlərinə görə, qərarın verilməsində məqsəd gömrük bəyannaməsində Rusiyanın tranzit ölkə kimi göstərildiyinə baxmayaraq, aparılan yüklərin sonradan bu ölkənin ərazisində qaldığı ilə bağlı kifayət qədər əsasların mövcud olmasıdır.
Y. Liqa eyni zamanda bildirib ki, nəqliyyat vasitələri rentgen vasitəsilə yoxlamadan keçdikdən sonra yüklər boşaldılaraq, onların sayı və təyinatı bəyannamə ilə dəqiqləşdiriləcək.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












