Sərhəddə yük maşınlarının uzun növbəsi yaranıb

Polşa fermerləri yük maşınlarının Ukraynadan Polşaya keçməsinə icazə vermirlər. Hazırda üç istiqamət blokadada qalır. Növbədə 500-ə yaxın yük maşını var.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, telemarafon zamanı Demçenko vurğulayıb ki, fermerlər xüsusilə Yaqodin və Rava-Russkaya istiqamətlərində yük maşınlarının keçməsinə icazə vermirlər. Onları sərhəddən buraxmağa cəhdlər edilib, lakin bu, uzun sürməyib. Son 24 saat ərzində Polşa qeyd olunan ərazilərdə yük maşınlarının keçməsində sıfır göstərici qeydə alıb.
“Ukrayna istiqamətində ən az sayda yük maşını Yaqodindən keçir, baxmayaraq ki, bu, çoxlu sayda nəqliyyat vasitəsinin sərhədi keçmə ehtiyacını ödəyə bilən ən böyük infrastruktur istiqamətidir. Son 24 saat ərzində keçidlərin sayı 60 yük maşını səviyyəsində olub”, - deyə Demçenko əlavə edib.
Ümumilikdə, Ukrayna-Polşa sərhədində 3 marşrut üzrə 500-ə yaxın yük maşını növbədə qalıb. Eyni zamanda, hələ bağlanmamış marşrutlarda da növbələr var: Krakovetsdə - təxminən 900, Şeginidə - təxminən 800 yük maşını sərhəd-keçid məntəqəsini keçə bilmir.
Qeyd edək ki, fevral ayında polşalı fermerlər ölkə boyu etiraz aksiyalarına başlayıblar. Onlar Ukrayna ərzaq məhsullarının idxalına qarşı çıxırlar, çünki bu, guya daxili bazarda qiymətlərə təsir edir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












