Sərhədin açılması barədə: "Heç eksperimental qaydada mümkün deyil"

Helsinkinin Moskva tərəfindən potensial təhdidlərlə bağlı narahatlıqları səbəbindən Finlandiya-Rusiya sərhədi yaxın perspektivdə hələ bağlı qalacaq.
Avtosfer.az-ın verdiyi məlumata görə, bu barədə Finlandiyanın Baş naziri Petteri Orpo jurnalistlərlə söhbətində bildirib.
Hökumət başçısının sözlərinə görə, təhdidlərin qiymətləndirilməsi dəyişməyib - Rusiyanın hərəkətləri dəyişmir. Onun sözlərinə görə, nəzarət-buraxılış məntəqələri açılarsa, Rusiya etibarlı səyahət sənədləri olmayan insanları sərhəddən buraxaraq Finlandiya üçün əlavə risklər yarada bilər.
"Məhz buna görə də sərhədi indi, hətta eksperimental qaydada belə açmaq mümkün deyil", - deyə baş nazir vurğulayıb.
Xatırladaq ki, 2023-cü ilin noyabrında Finlandiya hökuməti Rusiya ilə sərhəddə avtomobil keçid məntəqələrini bağlamaq qərarına gəlib. Rəsmi səbəb üçüncü ölkələrdən qaçqınların nəzarətsiz axını olub.
(oxu.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












