Sərnişini söyən taksi sürücüsü həbs edildi

Bakıda taksi sifariş edən müştəriyə qarşı təhqiramiz ifadələr işlədən sürücü həbs edilib.
Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 2-si Nərimanov rayonu ərazisində qeydə alınıb.
1994-cü il təvəllüdlü S.Məmmədov (şərti) proqram vasitəsilə çağırış üzrə xanım müştəri ilə əlaqə saxlayıb. Bu zaman onlar arasında mübahisə baş verib.Barəsində İnzibati Xətalar Məcəlləsi əsasında protokol tərtib edilən sürücü ifadəsində deyib: “Xanım müştəri ilə aramda anlaşılmazlıq olub. Mənə yolu yanlış tərif etmişdi. Mən də ona sifarişdən imtina etməsini bildirdim. Sərnişini tapan zaman isə mənimlə getmək istəmədiyini bildirdi. Bu zaman əsəbiləşib onu söydüm. Əməlimdən peşmanam, səhvimi etiraf edirəm”.
Sürücü barəsində Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsində xırda xuliqanlıq əməli ilə bağlı tərtib edilmiş protokol Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə sürücü həbs edilməməsini xahiş edib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 30 yaşlı sürücüyə 5 sutka inzibati həbs cəzası verilib.
(qafqazinfo)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












