Sərnişinlər avtobusa minə bilmir - VİDEO

Paytaxtın Abşeron rayonu Hökməli və Qobu qəsəbələrinin sakinləri hər gün səhər işə gəlməkdə çətinlik çəkirlər. Onlar deyirlər ki, bu ərazidə işləyən marşrutların intervalı uzun olduğundan avtobuslar dolu gəlir və nəticədə insanlar uzun müddət dayanacaqda gözləməli olurlar. Marşrut sahibi isə problemi həll edəcəyinə söz verib.
Avtobusda o qədər adam var ki, sərnişinlər qapıdan sallanıb. Dayanacaqlarda isə xeyli sayda sərnişin gözləsə də, avtobus heç birində dayanmır. Bu mənzərə hər gün səhər saatlarında Abşeronun Qobu qəsəbəsindən Avtovağzala gələn 167 saylı marşurut avtobusunda yaranır. 167 saylı marşurut xəttinin nəzarətçisi isə deyir ki, sıxlıq yalnız səhər saatlarında və bəzən avtobuslarda nasazlıq yarananda olur. Avtobusların gec və dolu gəlməsi səbəbindən işə gecikən sərnişinlər isə məcbur qalaraq taksilərdən istifadə edirlər. Marşrutun sahibi Murad Mikayılov isə problemin tez bir zamanda aradan qaldırılacağına söz verib.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












