Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu ilə bağlı MÜHÜM GÖRÜŞ - FOTO

İran İslam Respublikasında rəsmi səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bu ölkənin dəmir yolu administrasiyasının rəhbəri cənab Cabbar Əli Zakeri Sardrudi ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, görüş zamanı İran ərazisi vasitəsilə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək nəqliyyat marşrutu və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə əməkdaşlıq müzakirə edilib.
İranın ərazisindən keçməklə Şərqi Zəngəzur İqtisadi Rayonu və Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsi təmin edəcək dəmir yolu xəttinə dair ötən il razılaşdırılmış konseptual layihə çərçivəsində ortaq maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə əməkdaşlığa dair danışıqlar zamanı isə dəhlizin inkişafı və yük dövriyyəsinin artırılması müzakirə edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












