Servislərdə müştərilər necə aldadılır? - 2 ÜSUL

Xidmət sektorunda yalan danışılması, müştərilin aldadılması hər bir yerdə müəyyən qədər mövcuddur. Avtomobil sektoru da bu fırıldaqlardan xali deyil.
Avtosfer.az rus mənbələrinə istinadla xəbər verir ki, servislərdə avtomobil sahibinin aldadılması çox da çətin deyil. Bunun yolları da çoxdur. Lakin ikisi çox geniş yayılıb.
Ən geniş yayılmış üsul olmayan nasazlıq barədə məlumat verməkdir. Burada mexanizm belə işləyir: usta xarab olmayan detalı aldırır, lakin onu dəyişmir. Bu işə görə o, avtomobil sahibindən iş haqqı almaqla yanaşı təzə detalı mağazaya qaytararaq əlavə pul qazanır.
Yəni, burada ikiqat qazancı usta əldə edir. Mağaza sahibi isə aşağı qiymətə və uçotsuz detalı götürməklə onu daha münasib qiymətə növbəti müştəriyə təqdim edir. Burada itirən tərəf avtomobil sahibi və dövlət olur (uçotsuz mal qəbulu və vergidən yayınma).
Analoq (aşağı keyfiyyətli) detallardan istifadə saxtakarlığın ən geniş yayılmış versiyalarındandır. Burada isə iş prinsipi belədir: servis vitrində qoyduğu və sürücüyə göstərdiyi orijinal detal əvəzinə yan sənayenin məhsulunu avtomobilə qoyur. Bu dəfə də srücü ikiqat aldanır: həm artıq pul verir, həm də vaxtından tez sıradan çıxacaq detala görə servisə təkrar müraciət etməli olur.
Əslində əksər sürücüləri aldatmaq mümkündür. Heç də hamı texnika mütəxəssisi deyil. Bu cür servis mərkəzləri ilə mübarizə də çətindir. Çünki heç bir mübarizə tədbiri vicdanı əvəz edə bilmir.
Vüqar
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












