“Shell” Rusiyadakı yanacaqdoldurma biznesini satır

Britaniya-Niderland neft-qaz şirkəti “Shell” Rusiyadakı yanacaqdoldurma biznesini satmaq qərarına gəlib. Alıcının adı “Shell” işçilərinə deyilməyib, ancaq o məlumdur ki, “Lukoil” şirkətin yanacaqdoldurma məntəqələrini almaqda maraqlıdır.
Bu barədə “Forbes” mənbələrə istinadən yazır.
“Shell”in sözçüsü “Forbes”a şirkətin “müstəqil maraqlı tərəflərlə” danışıqlar apardığını təsdiqləyib. Prosesin “Shell”in fəaliyyət göstərdiyi ölkələrin sanksiyalarına, qanun və qaydalarına tam uyğun olduğu qeyd edilərək, işçilərin təhlükəsizliyinin və rifahının şirkət üçün prioritet olduğu vurğulanıb.
Eyni zamanda, bildirilib ki, Rusiya ofisinin əməkdaşlarına alıcının artıq tapıldığını, lakin müqavilənin hələ imzalanma mərhələsindən keçmədiyini deyiblər. Üstəlik şirkət bütün yanacaqdoldurma məntəqələrini işçi heyəti ilə birlikdə, işçilərin cari maaşlarını ilin sonuna qədər ödəmək şərti ilə satır.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA











