“Sherlock Park” restoranında nöqsanlar aşkarlandı - FOTOLAR

Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi küçəsi, ev 1A, mənzil 1A ünvanında fiziki şəxs Zümrüd Mürvət qızı Bədirliyə məxsus “Sherlock Park” ictimai iaşə obyektində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, mətbəxdə havalandırma sisteminin quraşdırılmadığı, dondurucu və soyuducularda mal qonşuluğu prinsipinin pozulduğu, soyuducuda baytarlıq ekspertizasından keçirilməyən, müvafiq baytarlıq sənədləri ilə müşayiət edilməyən qaşqaldaq, bildirçin, toyuq, balıq və mal ətləri müəyyən edilib.
Yoxlama zamanı obyektin həyətyanı sahəsində saxlanılan diri quşlar (2 ədəd xoruz, 2 ədəd lal ördək və 1 ədəd hind quşu) obyektdən kənarlaşdırılaraq sahibkarın şəxsi həyətyanı sahəsində saxlanması üçün təhvil verilib, quşların saxlanıldığı tikililər sökülərək ərazi təmizlənib.
Sahibkar izahatında ov quşlarının (qaşqaldaq, gərəf, turac və s.) satışının həyata keçirilmədiyini, instaqram səhifəsində müştəri cəlb etmək məqsədilə reklam edildiyini bildirib.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti müvvəqəti dayandırılıb, müşayiətedici sənədləri olmayan məhsulların satışı qadağan edilib.



Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












