Siandan Budapeştə Orta Dəhliz vasitəsilə konteyner qatarı yola salınıb - FOTO

Çinin Sian şəhərində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) vasitəsilə Avropaya konteyner qatarının təntənəli yolasalma mərasimi keçirilib.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, 55 ədəd qırx futluq konteynerdən ibarət qatar “Sian Beynəlxalq Limanı” stansiyasından Budapeştə yola düşüb.
Tədbirdə Qazaxıstan, Çin, Azərbaycan, Gürcüstan dəmir yollarının, həmçinin Şensi əyalətinin, Sian şəhərinin partiya komitəsi və hökumətinin nümayəndələri iştirak ediblər. Qatar təxminən 7 min kilometr məsafəni qət edərək 8-11 gün ərzində Bakıya çatacaq. Ehtimal olunur ki, qatar son məntəqə olan Budapeştə təqribən 25 gün ərzində çatacaq.
Çatdırılma müddətinin azaldılması, xidmətin yeni səviyyədə təqdim edilməsi TBNM-in iştirakçı ölkələrinin dəmir yolu və liman idarələrinin səmərəli əməkdaşlığı sayəsində mümkün olub.
Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çini və Avropa ölkələrini Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə birləşdirir.


Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












