Sifariş etdiyi telefonlar 16 il sonra gəldi - VİDEO

Liviyada telefon mağazası sahibinin 2010-cu ildə sifariş etdiyi “Nokia” markalı mobil telefonlar vətəndaş müharibəsi və sonrakı xaos səbəbindən yalnız 16 il sonra ünvana çatdırılıb.
Avtosfer.az xəbər verir ki, 2011-ci ildə ölkədə başlayan vətəndaş müharibəsi logistika xətlərinin dağılmasına, gömrük xidmətlərinin fəaliyyətini dayandırmasına və ciddi təhlükəsizlik problemlərinə səbəb olub.
Bu amillər nəticəsində sifariş edilən “Nokia” telefonlar uzun illər anbarlarda qalıb.
Uzun illərdən sonra telefonlar, nəhayət, mağazaya çatanda mənzərə həm təəccüblü, həm də əyləncəli olub. Qutuları açarkən dükan sahibləri zarafatla soruşub: “Bunlar telefondur, yoxsa tarixi əsər?”
Sosial mediada paylaşılan bu anlar tez bir zamanda diqqət çəkib.
Qeyd edək ki, bir vaxtlar mobil telefon bazarının liderlərindən biri olan “Nokia”nın klassik klaviaturalı modelləri bu gün nostalji əşyalar kimi dəyərləndirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












