Sığortalı maşınla qəzaya düşüb, şirkət ödəniş etmir - VİDEO

Kirayə götürdüyü maşınla qəzaya düşdü, sığorta şirkəti ödəniş etmir. Paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan Sərxan Şabanov bir neçə ay əvvəl kiçik tutumlu yük maşınını kirayə götürüb və onu icbari qaydada sığortaladıb. 2 həftə əvvəl isə Bakı şəhəri ərazisində qəzaya düşüb.
Sərxan Şabanov deyir ki, bütün prosedurlar həyata keçirilib və qəzanın səbəbkarının digər avtomobilin sürücüsü olduğu müəyyənləşib. Üstündən 2 həftə keçməsinə baxmayaraq sığorta şirkəti ödənişi həyata keçirmir.
Sərxan Şabanov bildirir ki, problemlə bağlı bir neçə sığorta şirkətinə müraciət də edib, lakin heç bir nəticəsi olmayıb.
Məsələ ilə bağlı sığorta şirkətindən bildirildi ki, qəza ilə bağlı bütün prosedurlar həyata keçirilib və qiymətləndirmə aparılıb. Sadəcə olaraq Sərxan Şabanov şirkətə yaxınlaşaraq rəsmi qaydada müraciət ərizəsi yazmalıdır. Bundan sonra vəsaitin ödənişi həyata keçiriləcək. Bundan əlavə avtomobilin kirayəsinə görə gündəlik nəzərdə tutulan 60 manat pulu da kimin ödəyəcəyi bəlli deyil.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












