Sığortalı maşınların təmiri ilə bağlı mübahisələrə son qoyulacaq

Azərbaycanda sığorta şirkətləri ilə avtomobil sahibi (mülkiyyətində avtomobil olan, yaxud avtomobilə digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən şəxs) arasında qəza nəticəsində zərər dəymiş avtomobilin təmiri ilə bağlı mübahisələr son qoyulacaq.
APA-nın verdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən hazırlanan “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları” layihəsinə əsasən avtonəqliyyat vasitələrinin və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə zərər dəyən avtomobilin təmir edilməsi üçün təmir emalatxanasını (servis mərkəzi və s.) təyin etməklə bağlı seçim hüququnun sığortaçıya və ya sığorta olunana aid edilməsi sığorta müqaviləsində müəyyən ediləcək.
Qeyd edək ki, indiyə qədər Azərbaycanda təmir emalatxanasının seçilməsi ilə bağlı sığorta şirkətləri və avtomobil sahibləri arasında ciddi mübahisələr yaşanırdı. Avtomobil sahiblərinin əksəriyyəti avtomobillərinin özlərinin etimad göstərdikləri təmir emalatxanalarında təmirini tələb etsə də, sığorta şirkətləri bir çox hallarda zərər dəymiş avtomobilin şirkət tərəfindən seçilən təmir emalatxanasında təmir etdirilməsinə üstünlük verib.
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq












