“Şimal–Cənub” dəhlizi Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı statusunu möhkəmləndirir - EKSPERT

“Şimal–Cənub” nəqliyyat dəhlizinin inkişafı Rusiya və Azərbaycan üçün strateji faktor hesab olunur. Bu, xüsusilə sanksiya təzyiqləri və Qara dəniz regionunda qeyri-sabit vəziyyət şəraitində daha böyük əhəmiyyət kəsb edir. Avtosfer.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-ın “Azərbaycan və dünya” proqramının efirində rusiyalı analitik Mixail Neyjmakov səsləndirib. Ekspert qeyd edib ki, sözügedən dəhliz Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı statusunu möhkəmləndirməsinə imkan yaradır, Rusiya üçün isə yükdaşımalar baxımından yeni marşrutlar açır. Bununla yanaşı, onun sözlərinə görə, dəhlizin səmərəli fəaliyyət göstərməsi üçün İran ərazisindəki Astara–Rəşt dəmir yolu xəttinin tikintisi də daxil olmaqla, əlavə infrastruktur investisiyalarına ehtiyac var. Mixail Neyjmakov vurğulayıb ki, Qara dəniz regionunda ən azı yaxın bir il ərzində mövcud olacaq yüksəksəviyyəli risklər marşrutun inkişafına əlavə stimul verir. Onun sözlərinə görə, “Şimal–Cənub” nəqliyyat dəhlizi hər iki ölkənin nəqliyyat və iqtisadi təhlükəsizliyinin əsas elementlərindən biri kimi nəzərdən keçirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












