Şimali Makedoniya Rusiya təyyarələrinə qoyduğu uçuş qadağasını ləğv edir

Şimali Makedoniya Rusiyadan uçuşlara qoyulan qadağanı ləğv etməyə hazırlaşır.
Bu barədə məlumat hökumətin yaydığı bəyanatda yer alır.
Bildirilir ki, ölkədə ATƏT-in xarici işlər nazirlərinin görüşü keçiriləcək və tədbirdə Rusiyanın XİN rəhbəri Sergey Lavrovun da iştirakı gözlənilir.
Məlumata görə, Rusiya üçün açıq səma 29 noyabrdan dekabrın 1-dək davam edəcək.
Rusiyalı nazir Skopyeyə uçmağa qərar verərsə, ona səfər üçün əlavə icazələr verilməlidir.
Mənbədən vurğulanır ki, Lavrov Şimali Makedoniyaya getmək üçün digər NATO və ya Aİ ölkələrinin ərazisindən keçməlidir. Bunun üçün xüsusi icazə tələb olunur.
Bundan əvvəl Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani rusiyalı həmkarına dəvətin ötən həftə göndərildiyini bildirmişdi. Lavrovun bu dəvəti qəbul edib-etmədiyi barədə məlumat yoxdur.
Xatırladaq ki, 2022-ci ilin fevralında Ukraynaya hücumdan sonra əksər Avropa ölkələri Rusiyadan uçuşları qadağan edib.
oxu.az
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












