Şirvanda 5 mağaza yeniyetmələrə tütün məmulatları satırmış - FOTO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının şəhər ərazisində keçirdikləri tədbirlər zamanı 5 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.
Həmin satıcılar barəsində inzibati tənbeh tədbirləri görülüb və onların hər biri qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.
Bundan əlavə, polis əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı qanunsuz olaraq küçə ticarəti ilə məşğul olan 10, urnalardan kənara tullantılar atan 12 nəfər şəhər sakini də müəyyən edilərək inzibati qaydada məsuliyyətə cəlb olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident


















