Şirvanda oğurluq edən şəxslər saxlanıldı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğurluq edərək vətəndaşlara maddi ziyan vuran şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə oktyabrın 2-də şəhər ərazində yerləşən köşklərin birinə qanunsuz daxil olan və oradan 1 ədəd elektrikli samovar, müxtəlif növ siqaret, içki və ərzaq məmulatları oğurlayan şəhər sakini, 58 yaşlı Taleh Sətdarov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı oğurluq yolu ilə əldə etdiyi samovar və digər məmulatların bir hissəsi, eləcə də narkotik vasitə olan heroin aşkar olunaraq maddi sübut kimi götürülüb.
Şöbə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbirləri nəticəsində oktyabr ayının 30-da Kür çayının Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində quraşdırılmış su nasosunu oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri Xəyal İsmayılov və Röyal Qasımov da saxlanılıblar.
Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf edərək, su nasosunu dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.
Faktlarla əlaqədar Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar aparılır.
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI












