Şirvanda qanunsuz silah saxlama və narkotik satışına görə iki nəfər tutulub - FOTO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Fərid Şirinov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd tapança aşkar olunaraq götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat tədbiri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Ağayev saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı isə iki büküm “patı” və “şüşə” adlanan psixotrop maddə metanfetamin, altı büküm heroin və bir ədəd elektron tərəzi aşkar edilib.
Faktlarla bağlı hər iki şəxs barəsində Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.


Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












