Şirvanda tullantıların içində avtomat tapılıb

Şirvanda məişət tullantılarının atıldığı poliqondan avtomat tapılıb
Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində məişət tullantılarının atıldığı ərazidən müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qeyd olunan ərazidən 1 ədəd avtomat, 1 ədəd daraq və 17 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 6 nəfər şəhər sakini qanunsuz olaraq saxladıqları odlu silahları polis əməkdaşlarına təhvil veriblər.
Faktlarla bağlı araşdırmalar aparılır.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












