“7-8 uşağı olan analara “Qəhrəman ana” statusu verilsin”

“Bu gün həm deputatları, həm də cəmiyyəti narahat edən məsələ pensiya yaşıdır. Bir hissə yuxarı qaldırılmasından, bir hissə isə aşağı olmasından şikayətlənir”.
Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Deputat misal çəkərək bildirib ki, elm adamları, müəllimlər və s. düşünür ki, insan 65 yaşında daha təcrübəli olur, o yaşda pensiyaya çıxmamalıdır.
“Bir hissə də var ki, özəl sektorda işləyir, yaxud işsizdir və pensiyaya çıxmaq zamanını gözləyir. Neçə faizin pensiya yaşının aşağı və ya yuxarı olmasından şikayətləndiyi statistik olaraq çıxarılsa, yaxşı olar”, - o deyib.
S. Novruzov hesab edir ki, uşaqlar üçün sosial təminatın verilməsi mərhələli şəkildə həyata keçirilsə, daha məqsədəuyğun olar:
“Daha 5 uşaqdan sonra hansısa sosial yardımlardan danışılmamalıdır. Həmçinin qəhrəman ana statusunu 10 uşaq dünyaya gətirmiş qadınlara verilir ki, fikrimcə bu say 7-8-ə endirilə bilər”. (report)
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












