"Şöbədə arvadını öldürən polis nümunəvi əməkdaş olub" - DİN rəsmisi

“Bu çox ağır hadisədir, baş verməyə bilərdi. Müəyyən şeylər var ki, açıqlanmamalıdır. Çünki istintaq gedir”.
Bunu İctimai Televiziyada yayımlanan “Sabaha saxlamayaq” verilişində polis şöbəsində baş verən qətllə bağlı danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, baş vermiş qətllə bağlı müvafiq ekspertizalar təyin edilib, zəruri istintaq hərəkətləri davam etdirilir: “Cinayət işi başlanıb, İstintaq gedir, şahidlər dindirilir. Biz bir məsələ üzərində fokuslanmamalıyıq. Cəmiyyətdə bu cür ağır hadisələr baş verib. Bu gün informasiya yayan vasitələr çoxalıb deyə dərhal ictimailəşib. Bu gün biz axtarmalıyıq ki, necə edək ki, bu cür hallar baş verməsin. İnsanın ictimai kimliyi onu hadisədən, düşdüyü situasiyadan sığortalamır.
Necə olub ki, xidmətdə olan və intizamlı adam bu cür hala gətirilib çıxarılıb. Bu məsələyə elə yanaşmalıyıq ki, cəmiyyətdə bu hallar baş verməsin. Orada polisin özünü öldürməsi də ola bilərdi”.
E.Hacıyev qeyd edib ki, İ.Məmmədov xidmətdə olan zaman nümunəvi əməkdaş olub: “İşlədiyi müddətdə hər hansı intizamsızlığı olmayıb. Polis əməkdaşları da onun ailəsində narazılığın olmasını bilməyib”.
O qeyd edib ki, bu cür halların baş verməməsi üçün tədbirlər görülür.
Qeyd edək ki, sentyabrın 30-u səhər saat 9 radələrində Nizami rayon Post Patrul Bölüyünün polis nəfəri, İsmayıl Məmmədov ondan şikayətə gələn arvadı 26 yaşlı Xanım Məmmədovaya 24-cü Polis Şöbəsində tabel silahla çoxsaylı atəş açaraq onu qətlə yetirib.//lent.az
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












