SOCAR Şri Lankada LNG terminalı inşa edəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Pearl Energy” layihəsi çərçivəsində Şri Lankanın yaxın gələcəkdə LNG inkişaf proqramına qatılacağı gözlənilir.
Report bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, Maltada “LNG”dən elektrik enerjisinin istehsalı layihəsini uğurla başlamasından sonra Cenevrədə yerləşən SOCAR Trading şirkəti sonrakı dayancağının Şri Lanka olduğunu açıqlayıb.
“Pearl Energy” layihəsi ilə əməkdaşlıq çərçivəsində şirkət Hambantota limanında LNG güclərinı inkişaf etdirməyi planlaşdırılır və burdan LNG avtomobil nəgliyyati ilə enerji istehsalçılarına çatdırılacaq. SOCAR əsas hədəflərinin birinin də limanda elektrik stansiyası inşa etmək olduğunu açıqlayıb.
Ötən ilin avqust ayında Şri Lankanın İnvestisiya Şurası (BOI) Hambantota limanında üzən bir LNG anbarı hesab olunan "Hambantota LNG Hub"ı fəaliyyətə başlatmaq üçün Pearl Energy (Pvt) Ltd. ilə bir müqavilə imzalayıb.
Beynəlxalq mediaya görə, SOCAR LNG ticarəti üçün kiçik ölçülü terminal-habın qurmaq üçün Hambantota limanının çinli liman operatorları və Körfəzdəki ortaqları ilə müqavilə imzalayıb. Şirkət bildirib ki, terminalın inşası təxminən 100 milyon ABŞ dollarına başa gələ bilər.
Şri Lankadan əlavə SOCAR, Seneqal, Mozambik və Köçərli də daxil olmaqla bir sıra Afrika ölkələrində imkanları araşdırır.
Beynəlxalq mediaya açıqlamasında bir şirkət rəsmisi Cənubi Afrikadakı Coega xüsusi iqtisadi zonasında LNG istehsalı güclərinin yaratmaq üçün keçiriləcək tenderə qatılacaqlarını söyləyib.
Ötən il SOCAR Trading 4 milyon ton LNG ticarəti aparıb və 2025-ci ilə qədər bu həcmlərin 10 milyon tona çatacağını ümid edir. Şirkət ticarət və biznesin inkişafı da daxil olmaqla yeni karbon bölməsi ilə mübarizəyə qoşulmağı planlaşdırır.
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?











