Sofiya metrosu Avropanın ikinci ən yaxşı metrosu seçilib

“Bounce” şirkəti tərəfindən aparılan araşdırmaya görə, Sofiya metrosu Avropanın ikinci ən yaxşı metrosu seçilib. Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, “Bounce” şirkəti metro sistemində qatarların qət etdiyi məsafə, stansiyaların sayı, illik sərnişinlər və digər məlumatları toplayaraq yeraltı sistemlərin indeks xalını hesablayıb.
Bolqarıstanın yeganə və reytinqdə yeni olan Sofiya metro sistemi 10 baldan 7,64-nü toplayıb. Qeyd edilib ki, bu metro sistemi 52 kilometr məsafəni əhatə edir və Sofiya hava limanı da daxil olmaqla, 47 stansiyaya malikdir.
“Euronews” bildirib ki, Sofiya metro stansiyası “Google” üzərindən edilən araşdırmada 5 bal üzərindən 4.10 bal alıb. Qeyd edilib ki, ingilis dilində lövhələrin, o cümlədən ödəniş təlimatlarının olması onu xarici qonaqlar üçün daha əlçatan edib.
Araşdırmaya görə, Avropada ən yüksək reytinqə malik metro sistemi Norveçin Olso şəhərindədir. Üçüncü yerdə isə Yunanıstanın paytaxtı Afina metrosu qərarlaşıb. İlk beşliyə müvafiq olaraq, İspaniyanın Madrid və Polşanın Varşava metroları daxildir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












