ŞOK ETİRAF: Ermənistan Azərbaycana dörd dəfə “İsgəndər” atıb - VİDEO

Daha bir erməni hərbi ekspert erməni yalanlarını ifşa edib. Van Ambarçumyan ölkəsinin həm Tovuz döyüşləri ərəfəsində, həm də 44 günlük müharibədə ağılsız iddialarını sərt tənqid edib. O həmçinin bildirib ki, müharibə dövründə Ermənistan Azərbaycan tərəfinə 4 dəfə "iskəndər" raketi atıb. Mövzunu hərbi ekspert Şair Ramaldanov şərh edib.
"44 günlük müharibəsi vaxtı Ermənistan Azərbaycana dörd dəfə "İskəndər" atıb"
Erməni hərbi ekspert Van Ambarçumyan belə bir açıqlama verib. O, müsahibəsində bildirib ki,atılan "İskəndər" raketlərindən 2-i Şuşa istiqamətində, 2-i isə Bakı istiqamətində atılıb. Ancaq raketlərin qarşısı Azərbaycan tərəfindən alınıb və məhv edilib.
Van Ambarçumyanın İsgəndər raketi ilə bağlı fikirlərini şərh edən hərbi ekspert, polkovnik Şair Ramaldanov bildirib ki, Şuşada İsgəndər raketlərinin qalıqlarının aşkar edilməsi göstərir ki,Ermənilər bu raketlərdən ölkəmizə qarşı istifadə ediblər.Ümumilikdə götürdükdə isə ,Ermənistan ordusu istər müharibədən qabaq, istər müharibə dövründə, istərsə də müharibədən sonra bununla bağlı yalan məlumatlar yayıb.
Şair Ramaldanov qeyd edib ki, Azərbaycanın bu hücumların qarşısını müvəffəqiyyətlə alaraq, hava məkanını qoruya bilib. Ermənistan ordusu müharibə dövründə arsenalında olan bütün silahlardan istifadə edib. Ermənistanın ən böyük yalanı itkilərlə bağlı olub. İtkilərin açıqlanandan 2 dəfə çox olmasını sonradan özləri də etiraf etdilər. İndi də erməni hərbçilərinin nəşi aşkar olunur".
Erməni hərbi ekspert, müsahibəsində Ermənistanı idarə edən şəxslərin Rusiyanın "Su-30SM" təyyarələrini almasını şərh edib: "Mən deyirdim ki, nəyi idarə edə bilirlərsə, onu almaq lazımdır. Həmin təyyarəyə 120 milyon dollar xərclənib və bu, dövlətin piarı üçün edilmişdi. Çünki Ermənistanın ilk dəfə qırıcı təyyarə alması barədə çox danışılırdı" - deyə ekspert hakimiyyətin rüsvayçı siyasətini tənqid edib.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












