Sökülmüş plitələr yolu bağlayıb - Uşaqların hərəkəti üçün təhlükəli vəziyyət - VİDEO

Maştağa-Buzovna qəsəbələrini bir-birindən ayıran elektrik qatarlarının bir vaxtlar işlədiyi dəmir yolu xəttinin bir neçə ay əvvəl sökülməsinə başlanıb. Dəmirlər yığışdırılsa da, daş plitələr yerində qalıb. Kilometrlərlə uzanan, böyrü üstə qalmış beton plitələr ərazidəki evlərin sakinlərinin küçəyə çıxmasına mane olur.
Avtosfer.az Xəzər TV-yə istinadən bildirir ki, sakinlər evlərindən çıxmaqda çətinlik çəkirlər.
Maştağa və Buzovna qəsəbələrini şəhərlə birləşdirən amma 10 ildən artıqdır ki, üzərindən elektrik qatarı keçməyən dəmir yolları 3 aydır ki, sökülüb. Daha doğrusu yolun dəmir konstruksiyaları sökülsə də, beton plitələr burada çin səddi kimi qalıb.Daşınmayan plitələr sakinlərə bir xeyli çətinlik yaradır.
Böyüklərin də tez-tez yıxılıb ayağa qalxdığı bu yollarda uşaqların hərəkəti də təhlükəlidir. Sakinlər deyir ki, 3 aydır uşaqlarımızı bu səbəbdən evdən küçəyə tək çıxmağa qoymuruq.
Məsələ ilə bağlı Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. Qurumdan məsələ ilə bağlı sabah açıqlama veriləcəyi bildirildi.
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM










