Son 11 ayda piyadavurma ilə nəticələnən yol-nəqliyyat hadisələrində 303 nəfər həlak olub

“Cari ilin 11 ayı ərzində respublika ərazisində piyadavurma ilə nəticələnən 578 yol-nəqliyyat hadisəsi baş verib. Həmin hadisələr nəticəsində 303 nəfər ölüb, 311 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.
Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev məlumat verib.
O bildirib ki, piyadavurma faktları ümumi yol-nəqliyyat hadisələrinin 38,5 faizini təşkil edir.
“Paytaxt ərazisində cari ilin 11 ayı ərzində piyadavurma ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 237 olub. Nəticədə 116 ölüm, 137 xəsarət qeydə alınıb. Piyadavurma faktları paytaxtda baş verən ümumi yol-nəqliyyat hadisələrinin 59 faizini təşkil edir. Təəssüf ki, yol-nəqliyyat hadisələrini törədən şəxslər arasında 10 ildən artıq sürücülük təcrübəsi olanlar üstünlük təşkil edir”, - deyə R.Tağıyev qeyd edib.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












