“Squid game”dəki nabatı bişirmək istəyən yeniyetmə yandı - FOTO/VİDEO

“Netflix”in istehsalı olan “Squid Game” filmində göstərilən nabatdan hazırlamaq istəyən yeniyetmə ayağında üçüncü dərəcəli yanıqlar alıb.
Məlumata görə, hadisə Sidneydə (Avstraliya) qeydə alınıb.
14 yaşlı Eyden Hiqqi özünütəcrid dövründə darıxdığı üçün məşhur serialdakı şirniyyatdan hazırlamaq qərarına gəlib.
Qeyd edək ki, həmin şirniyyat üçün ərinmiş şəkər tozundan nazik bir təbəqə hazırlamaq, sonra isə mərkəzdə istənilən fiqur və ya təsvir həkk edilməlidir. Nabat soyuduqda, formanı sancağın köməyi ilə, sındırmadan çıxarmaq lazımdır.
“TikTok”da tapdığı reseptlə nabatı hazırlayan Eyden bütün inqridientləri plastik fincanda qarışdırıb, sonra isə mikrodalğalı sobaya qoyub. Qarışığı sobadan çıxartdıqda isə qab (mikrodalğa üçün nəzərdə tutulmadığından) əlində partlayıb və qaynar şəkər onun ayağına dağılıb.
“Şirniyyat inanılmaz dərəcədə qaynamışdı. O, fincanı çıxardanda əlində partladı”, - deyə Eydenin anası Helen olanları danışarkən bildirib.
Qeyd olunur ki, yanmış şəkər və ərimiş plastik yeniyetmənin ayağına dağıldıqdan sonra da yanmağa davam edib.
O da vurğulanır ki, bu, Sidneydə üçüncü belə hadisədir.
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu












